AZ

"Bu, güclü rəqabət deyil, çempionatımızın səviyyəsi qalxmayıb"

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında hazırda 6 komanda ikincilik uğrunda mübarizə aparır. Turnir cədvəlində çoxdandır görmədiyimiz bir mənzərə yaranıb. “Qarabağ” mövsümün sonuna 8 tur qalmış çempionluğunu rəsmiləşdirsə də, “Zirə”, “Sumqayıt”, “Neftçi”, “Sabah”, “Səbail” və “Turan Tovuz”un ikinci olmaq şansı bir-birinə yaxındır. Çünki sona 5 tur qalmış 2-ci pillədə qərarlaşan “Zirə”nin 49, 7-ci yerdə olan  “Turan Tovuz”un isə 42 xalı var.

Bəs, çempionatdakı bu mənzərə yarışdakı rəqabətdən xəbər verirmi? 

QOL.az saytı bu mövzü ilə bağlı futbol mütəxəssisi Yunis Hüseynovun fikirlərini öyrənib.

O qeyd edib ki, hazırkı durum çempionatda güclü rəqabətin olması demək deyil: “Bu, heç nədən xəbər vermir. Çox adam deyir ki, çempionatda rəqabət var, əladır, amma mən düşünürəm ki, bu, yaxşı hal deyil. Onda yaxşı olardı ki, 4-5 komanda çempionluq uğrunda mübarizə aparardı. Bu halda çempionatın marağı olardı. “Qarabağ” rəqiblərindən 25-30 xal qabaqdadır. Bu o deməkdir ki, sadəcə “Qarabağ”la ayaqlaşan komandamız yoxdur. Digər komandaların isə gücü bir-birinə yaxındır.

Ona görə onların aralarındakı xal fərqi azdır. Bu, çempionatımızın səviyyəsinin qalxmağını göstərmir. Əslində bu, 9 komandanın çempionluq uğrunda mübarizə aparmamağının göstəricisidir. Bizim büdcəsi yaxşı olan komandalarımız da var. Hansı ki, səviyyəli komanda yarada bilərlər. Bunu “Neftçi”, “Sabah” və “Zirə” edə bilər. Amma təəssüf ki, “Qarabağ” mövsümün sonuna 8 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Əvvəllər bunu sona 3-4 tur qalmış edirdilər. “Qarabağ” niyə özünü ən yaxşı tərəfdən avrokubok oyunlarında gösərir? Çünki orada qarşısındakı komandalarla rəqabət aparır.  Çempionatda rəqbət olmayanda “Qarabağ”ın futbolçularında da geriləmə olur”. 

Y.Hüseynov bildirib ki, “Qarabağ” olmasaydı və qalan komandalar bu cür çempionluq yarışı aparsaydı belə, onların gücünü avrokuboklarda görərdik: “Hamısı mübarizəni dayandırıb geri qayıdanda bilərdik ki, çempionatımız zəifdir. Ola bilər ki, “Qarabağ” həddindən artıq yaxşı komandadır və buna görə rəqiblərindən çox fərqlənir, amma yenə də digər komandalar da çempionluğa oynamalıdır. Maraq onda olar ki, komandalarımız 2-cilik yox, çempionluq uğrunda bu cür yarışsınlar”. 

Ramiq Ağaməmmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11118
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6278
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6229
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6067
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5974
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5824
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4185
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3849
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3722
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3696
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3634
Sabah 20 dərəcə isti olacaq
3219
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3023
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2827
Röyanın biabırçı videosu yayıldı
2755
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2660
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2597
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2540
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2513
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2351