AZ

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

Hazırda daşınmaz əmlakların, xüsusən də həyət evlərinin satışında durğunluq müşahidə olunur.

Realtorlar və alıcılar bunu müxtəlif səbəblərlə izah edirlər. Satışların azalmasına başlıca səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Alıcılar sahəsi az olan və sənədləri tam qaydasında olmayan həyət evləri üçün yüksək məbləğdə ödəniş etmək istəmirlər. Bu isə bazarda durğunluğa səbəb olur.

Bəs yaxın vaxtlarda həyət evlərinin qiymətlərində ucuzlaşma gözlənilirmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, sənədləri qaydasında olan və kommunal xidmətlərlə təmin olunmuş evlərin qiymətlərində ucuzlaşma gözlənilən deyil:

“Ucuzlaşma daha çox sənədsiz olan və kommunal xəttləri ilə təmin olunmamış evlərin qiymətlərində olacaq. Çünki bu istiqamətdə qanunvericilik sərtləşdirilib. Lakin sənədləri qaydasında olan və kommunal imkanlarla təmin olunmuş həyət evlərində qiymətlərin azalacağını düşünmürəm. Bu seqmentdə olan evlərin hər zaman alıcısı yetərincə olur və öz qiymətlərini saxlayırlar”.

Ekspert sənədsiz və komunal təminatı olmayan evlərdə isə qiymətlərin enəcəyini proqnozlaşrıb:

“Bəzi işbazlar müəyyən ərazilərdə əhalinin sıxlığının yüksək olmasını və tələbatın çoxluğunu bəhanə edərək, qiymətləri bahalaşdırır. Belə işbazlar Zabrat, Masazır, Sulutəpə, Binəqədi kimi ərazilərdə torpaqların olduqca az olmasından istifadə edərək mövcud evlərin satış qiymətlərini əhəmiyyətli dərəcədə qaldırır. Onlar vaxtilə satın aldıqları torpaqlarda evlər tikərək, olduqca baha qiymətə satışa çıxarırlar. Onların alıcılara təqdim etdiyi əmlaklar isə əksəriyyət olaraq “makler evləri” kimi tanınan evlərdir. Bu səbəbdən də bazarda durğunluq yaşanır. Ancaq bu seqmentdə ucuzlaşma olacaq. Bu tip evlərin adətən sənədləri olmur. Ucuzlaşma digər seqmentlərə aid deyil. Son 3 il ərzində daşınmaz əmlakların qiyməti orta hesabla 30-35 faiz bahalaşıb. Bu səbəbdən son vaxtlar torpaq alıb fərdi ev tikən vətəndaşların sayı olduqca artmışdı”.

Qeyd edək kİ, mütəxəssislər 30-35 faizlik süni artımın aradan qalxacağını proqnozlaşdırırlar. Onların qınaətinə görə, bu proses sənədləri qaydasında olmayan evlərin qiymətinin təxminən 15-20 min manat ucuzlaşmasına gətirib çıxaracaq. (Yenisabah)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11106
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6278
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6222
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6064
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5966
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5824
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4185
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3841
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3694
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3628
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3616
Sabah 20 dərəcə isti olacaq
3219
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3023
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2826
Röyanın biabırçı videosu yayıldı
2754
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2632
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2597
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2535
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2513
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2350