AZ

Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıb

Elnur
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” iş üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Qaregin Njdenin və onun irqçi ideologiyasının azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdəki rolundan danışıb. 1news.az xəbər verir ki, Elnur Məmmədov işğal illərində Ermənistanın Njdenin ideoloji davamçısı olduğunu bəyan edən partiya tərəfindən idarə edildiyini, onun təlimlərinin bu gün də rəsmi səviyyədə yaşadıldığını, müxtəlif erməni faşist qrupları tərəfindən də mənimsədildiyini BƏM-in hakimlərinin diqqətinə çatdırıb.
“İşğal dövründə Ermənistan Ermənistan Respublika Partiyası (ERP) tərəfindən idarə edilib. ERP “Tseğakronizm” ideologiyasının sadiq davamçısıdır və onun əsasını qoyan Qaregin Njdeni ideallaşdırır. ERP hətta bu gün belə Njde “Tsegakronizm” profesiozunun və Milli Birlik Partiyasının ideoloji və siyasi xələfi lduğunu fəxrlə bəyan edir”, - Elnur Məmmədov vurğulayıb. Nazir müavini qeyd edib ki, ERP-nin ideoloji bazası Njdenin təlimatlarıdır: “Bu təlimatlarda qeyd olunub ki, “güclü və Ari xalq olmaq öz mövcudluğu naminə ölümə məhəl qoymamaq anlamına gəlir” və “Tsegakronizm” irq qanına sitayişi tələb edir və qarışıq evliliklərin əleyhinədir”. Elnur Məmmədov Njdenin təlimatlarının həmçinin işğalı təşviq etdiyini diqqətə çatdırıb. O, “Tseğakron” ideologiyasından bir neçə sitatı məhkəmənin diqqətinə çatdırıb: “Müasir Ermənistan bizim (ermənilərin) tarixi vətənimizin yalnız 19-da 1 hissəsini əhatə edir… Mən “Tseğakron”am və mən öz irqimin düşmənini, Türkləri məğlub etməliyəm”, - sitatda qeyd olunub.

Elnur Məmmədov onu da qeyd edib ki, Njde bu gün də Ermənistanda milli qəhrəman olaraq qalır. Qeyd edib ki, onun şərəfinə hazırlanmış abidələrdən birinin açılışını 2016-cı ildə Ermənistan Prezidenti edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7616
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4878
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4668
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4428
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2950
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2703
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2672
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2598
Sabah 20 dərəcə isti olacaq
2586
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2260
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2174
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2011
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1678
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579