AZ

Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə...

Beyləqan rayonunda 1981-ci il təvəllüdlü Mehdi fermada Sevdaya (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Mehdi 24 iyul 2022-ci ildə saat 15 radələrində Beyləqan rayonunun kəndində özünə məxsus xırdabuynuzlu heyvan və ev quşlarının saxlandığı fermada şifahi razılaşma əsasında çoban işləyən Səlimin qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Sevdanın toyuqlar saxlanana yardımçı tikilidə tək olduğunu görüb.

O, Səlimin ferma ərazisində olmadığını fürsət bilərək yardımçı tikiliyə daxil olub və Sevdaya qarşı iyrənc seksual xarakterli hərəkətlər etməyi təklif edib.

Təklifi rədd edən qadına fiziki zor göstərib, əyində olan paltarlarını soyunub, Sevdadan dizi üstə yerə oturmağı tələb edib. Sevda etiraz edərək ağzını açmayıb, onun iyrənc tələbindən imtina edərək qışqırıb, əl-qol ataraq yardımçı tikilidən çıxmağa çalışıb. Mehdi zor tətbiq etməklə əli ilə Sevdanın yanaqlarını sıxıb, iyrənc seksual xarakterli hərəkətlər edib, cinsi ehtirasını pozğun formada təmin edib.

Sevda Mehdinin növbəti seksual xarakterli zorakılıq hərəkətlərinin qarşısını almaq məqsədilə üzərində gəzdirdiyi bıçaqla onun qarın nahiyəsinə zərbə vurub. Sonra yardımçı tikilidən qaçaraq çıxıb. İtlərin yal qabını götürərək yolun kənarında dayanmış Mehdiyə məxsus “VAZ-2101” markalı avtomobilin ön şüşəsinə çırpıb.

Mehdi həmin gün saat 18 radələrində Sevdanın bir qədər əvvəl ona xəsarət yetirdiyi bıçağı götürmək məqsədilə fermaya gəlib. O, yardımçı tikiliyə daxil olanda gözlənilmədən Sevda qarşısına çıxıb. O, Sevda ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Sevda yenə də etiraz etdikdə onun iradəsinə zidd cinsi əlaqədə olmaq və təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib. Sevdanın üzərinə hücum edərək müqavimətini qırmaq üçün zor tətbiq edib. Qadlnln saçlarından tutaraq məcburi surətdə kürəyi üstə yerə yıxaraq özü də onun üstünə uzanıb. Əvvəlcə Sevdanın əyində olan paltarını zorla çıxarıb, daha sonra özü soyunub.

Sevda onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol atıb. Mehdi onun müqavimətini qırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub və seksual xarakterli digər hərəkətlər edib.

Bununla kifayətlənməyən Mehdi cinsi ehtirasını təmin etmək məqsədilə fiziki zor tətbiq etməklə Sevda ilə təbii yolla da cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Mehdinin barəsində Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələri ilə ittiham elan edilib.

“Borcu 300 manatadək artdı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə olmamışdan təxminən 20 gün əvvəl Səlimi Zaqataladan heyvanlarına baxmaq üçün gətirib:

“Həmin vaxt Səlimin borclu olduğu pulu ödədim. Onunla işləyib pulu qaytaracağına razılaşdıq. Səlim arvadı Sevdanı və oğlunu da özü ilə fermaya gətirmişdi. Fermaya gəldikdən sonra mənə olan borcu 300 manatadək artdı.

Səlim içki içdiyi üçün heyvanlara yaxşı baxmırdı. Buna görə onun fermadan çıxmasını istədim, başqa çoban tapacağımı bildirdim. Lakin bu gün sabah deyə-deyə fermadan çıxmadı. Hər gün fermaya çörək aparıb qoyurdum. Səlimin də yoldaşı həmin çörəkləri götürürdü”.

“Mənə videolarını göstərirdi”

Mehdinin sözlərinə görə, həmin ərəfələrdə fermaya gedərkən Səlimin yoldaşı Sevda onunla yaxınlıq etmək istəyib: “Gah mənə yaxınlaşdı, gah öz çılpaq videolarını, əri ilə cinsi əlaqədə olduqları vaxt çəkdiyi videoları mənə göstərirdi. Amma qadının təkliflərini rədd edirdim, ona yaxınlıq vermirdim. Hətta yoldaşıma da bildirdim ki, Sevda məni şərləyəcək.

Hadisə olan günü, yəni iyulun 24-də günorta saatlarında fermaya getdim, itlərə yem verdim. Fermada toyuq da saxlayırdım. Səlimgil gəldikdən sonra toyuqların yumurtaları azalmışdı. Səbəbi soruşduqda heç nə cavab vermirdilər.

Toyuqların yumurtalarına baxmaq üçün hinə girdim. Az sonra Sevda da gəldi, mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi, əlini ayıb yerimə atdı. Oral sekslə məşğul olmaq istədiyini dedi. Lakin mən razılaşmadım”.

“Başıma oyun açacağı ilə hədələdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, Sevdanın cinsi əlaqədə olmaq istəməsindən imtina edib və onun başından itələyib:

“Sevda arxaya getdi, cibindən bıçaq çıxararaq mənə tərəf atdı. Bıçaq qarnıma dəydi. Sonra oradan çıxaraq getdi. Gedəndə başıma oyun açacağı ilə hədələdi. Mən də fermadan çıxdım. Sevdanın tapşırdığı qənd, çay və digər ərzaq məhsullarını aldım, fermanın yaxınlığında olan kafeyə gəldim. Ərzağı orada işləyən ofisinata verdim və fermaya aparmasını xahiş etdim.

Çox hallarda aldıqlarımı fermaya göndərir, fermada olan asılqandan asmağı xahiş edirdim. Həmin oğlan o gün də ərzaqları apararaq fermada olan asılqandan asıb geri qayıtdı. Daha sonra Rasim adlı şəxslə görüşdüm. Kənddə olan torpaq sahəsini almaq istədiyim üçün həmin sahəyə baxmağa getdik. Bu vaxt mənə zəng gəldi və fermada yanğın olduğu deyildi. Buna görə tələsik fermaya qayıtdım.

Dərhal Səlimə zəng etdim. Mən gələndən sonra Səlim də gəldi. Orada bildim ki, Sevda Daxili İşlər Nazirliyinin 102 zidmətinə zəng edərək onu zorlamağım barədə şikayət edib”.

“Cinsi əlaqədə olmamışam”

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Sevda onunla yaxınlıq etmək istəməsi barədə heç kimə deməyib, yalnız yoldaşına Sevdanın onu şərləmək istədiyini bildirib:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
10
Mənbələr
Şərh ()
Bağla