AZ

Bostançı: "Yerli sort qarpız növləri unudulmaqdadır" - FOTOLAR

Mil-Muğan bölgəsində yaz-tarla işləri davam edir. Bostançılar bazara erkən məhsul çıxarmaq üçün müxtəlif üsullarla əkin aparırlar. Əsasən xarici sortlara üstünlük verilir, bir çox yerli sort qarpız növləri isə artıq unudulmaq üzrədir.

FED.az xəbər verir  ki, Saatlı rayonunda bostan sahələri fevral ayından başlayaraq əkilir. Əkin aparan fermerlərdən biri də İlham Şıxəliyevdir. O, uzun illərdir bostançılıqla məşğuldur. Deyir ki, bostan əkini hava şəraiti nəzərə alınmaqla, əsasən dörd mərhələdə aparılır və bu zaman xüsusi aqrotexniki qaydalar əsas şərtdir.

“İlk mərhələ fevral ayında olduğu üçün ikiqat örtük altında əkilir. Sonrakı mərhələ isə mart ayında olduğuna görə artıq şitillər tək qat örtüklə mühafizə edilir. Hazırda üçüncü mərhələ üzrə əkin aparırıq. Bu, aprelin 15-20-dən sonra hava şəraitinə görə aparılır və sərmə örtükdən istifadə edirik. Nəhayət, dördüncü mərhələdə açıq sahəyə əkilir ki, bu da may ayının birinci ongünlüyündə başlayacaq. Örtükaltı əkin aparılmasında əsas məqsəd məhsulu bazara daha tez çıxarmaq və qazanc əldə etməkdir”, - deyə İlham Şıxəliyev bildirir.

Örtük altında əkilən sahənin xərci çox olduğu üçün ilk satışa çıxan məhsulların da qiymətində fərq olur. Növbəti mərhələdə çəkilən xərclər azaldıqca məhsulun da qiyməti ucuzlaşır.

Bostançı deyir ki, ikiqat örtüklə əkilən sahə daha çox xərc tələb edir. Bir hektara təxminən 6 min manat xərc çəkilir, ikinci mərhələ əkin 5000 manat, üçüncü mərhələ isə 3000 min manat.

İlham Şıxəliyev sahəyə xarici sort toxumlar əkir. Onun sözlərinə görə, ənənəvi və yerli toxumlar demək olar, beş ildir tapılmır: “Yerli sort qarpızlarımız olan “Çələbi”, “Cəfərxan”, “Şaban”, “Saday” növlərindən əsər-əlamət qalmayıb. Bu sortların tapılmamasına səbəb hazırda satılan xarici sortlardır. Çünki onların xarici görünüşü, rəngi daha yaxşı olur”.

Bostançılıqda məhsulun maya dəyərini artıran digər bir amil ziyanvericilərlə mübarizəyə çəkilən xərcdir. İlham Şıxəliyev bu il əkdiyi toxumları həşəratlar məhv etdiyi üçün təkrar əkin aparmalı olub.

Digər fermer Fərzi Fərzəliyev də həşəratlarla mübarizənin önəmini vurğulayır. Deyir ki, bu il sahələrdə əvvəlki illərdə rast gəlinməyən qurdlar yayılıb. Artıq lazımi mübarizə tədbirləri görülüb və hazırda təkrar əkin aparılır.

Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayon üzrə 2500 hektar sahədə bostan məhsullarının əkilməsi nəzərdə tutulub. Bu günə qədər 884 hektar sahədə əkin aparılıb ki, onun da 546 hektarı qarpız, 338 hektarı yemiş sahəsidir. Əkin zamanı əsasən “Astarxan”, “Mərcan”, “Şirin-F1” sortlarından olan qarpız, “Tavriya” və “Kalxoniçsa” sortları olan yemiş növləri üstünlük təşkil edir.

Ötən il Saatlıda, ümumilikdə, 2463,5 hektar bostan sahəsindən 85479,3 ton məhsul yığılıb. O cümlədən 1577,5 hektar qarpız sahəsindən 60126,6 ton, 886 hektar yemiş sahəsindən isə 25352,7 ton məhsul tədarük olunub. (Azərtac)

Bostançı:Bostançı:Bostançı:Bostançı:Bostançı:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8315
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5347
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5165
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4911
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4703
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3822
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3112
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2872
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2807
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2776
Sabah 20 dərəcə isti olacaq
2712
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2307
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2280
Röyanın biabırçı videosu yayıldı
2258
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2094
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1892
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1760
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1711
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1689