AZ

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Bakı. Trend:

İsrail ordusu (SAXAL) Livanda fəaliyyət göstərən “Hizbullah”hərəkatının iki komandirinin öldürüldüyünü bildirib.

Trend xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin mətbuatxidmətinin məlumatına görə, bu gün səhər saatlarında Livanıncənubuna endirilən raket zərbəsi nəticəsində “Hizbullah”hərəkatının hava hücumundan müdafiə qüvvələrinin strukturunda mühümmövqe tutan Hüseyn Əli Azkul öldürülüb.

“Hüseyn Əli Azkulun öldürülməsi “Hizbullah” hərəkatının havahücumundan müdafiə qüvvələrinin imkanlarına ciddi ziyan vurur”, -deyə məlumatda bildirilir.

Bundan başqa, SAXAL ötən gecə Arzun bölgəsində hərəkatın xüsusitəyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri olanMəhəmməd Xəlil Atiyanın da öldürüldüyünü iddia edib.

Seçilən
118
3
Mənbələr
Şərh ()
Bağla