AZ

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlanıb - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb.

Bu barədə "Tehsil.biz"ə kitabxanadan bildirilib.

Virtual sərgidə Mərkəzi Elmi Kitabxananın zəngin fondları haqqında məlumat verilir, müxtəlif mövzuları əhatə edən yeni və maraqlı nümunələr təqdim olunur. Bunların sırasında “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər Əliyevdən - İlham Əliyevə” (İsa Həbibbəyli), “Heydər Əliyev. Müdriklik mücəssəməsi: Məruzələr, çıxışlar, görüşlər, müsahibələr”, “Heydər Əliyev - İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (İsa Həbibbəyli, Vidadi Muradov), “Füzuli sənətkarlığı” (Mir Cəlal), “Böyük qayıdış”, “Zəfər salnaməsi”, “44 günlük diplomatiya”, “Baku white city 10 years”, “Karabakh before and after occupation”, “Turkic states economy”, 1901-ci ildə nəşr olunmuş Quran (alman dilində), MEK-in həcmcə ən böyük (“Holy carpet of the mosqueat Ardebil”), ən kiçik (Yanka Kupala, “Şeirlər”) və ən qədim kitablarını (müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət Heptalogiya- 1502-ci il) və başqa dəyərli nəşrlər öz əksini tapıb. Həmçinin sərgidə Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən biblioqrafik göstəricilər və informasiya bülleteni (“Görkəmli dövlət xadimi Heydər “Əliyev”, “Zərifə Əliyeva”, “Qərbi Azərbaycan” və s.) də yer alıb.

Qeyd edək ki, kitabxananın Sərgi salonunda eyniadlı ənənəvi kitab sərgisi də təşkil edilib. Ənənəvi kitab sərgisində Heydər Əliyev irsinin kitabxanalarda təbliği, kitabxanaların tarixi, iş prinsipi, etikası, metodologiyası, kitabxanalarda şəbəkələrin təşəkkülü, elektronlaşdırılması, kitab nəşri, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda müxtəlif dillərdə kitablar nümayiş olunur.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7661
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5163
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4892
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4686
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4455
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3681
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2966
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2713
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2692
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2640
Sabah 20 dərəcə isti olacaq
2605
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2261
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2192
Röyanın biabırçı videosu yayıldı
2077
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2069
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2021
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1734
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1691
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1588
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1585