AZ

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Bakı. Trend:

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusuYusuf Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.

Trend xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Fransadakı eviqarət olunub.

Hadisə o, ailəsi ilə birlikdə evdə olarkən baş verib. Bu barədəoyunçu şəxsi instaqram hesabında paylaşım edib.

Y.Yazıcı evin giriş qapısında səslər eşidib və dərhal polisəmüraciət edib. Futbolçunun çağırışından sonra hadisə yerinə gələnhüquq-mühafizə orqanı əməkdaşları cinayətkarları həbs ediblər.

Qeyd edək ki, Yusuf Yazıcı Fransada 3-cü dəfə bu cür hallaüzləşib. Daha əvvəl onun avtomobili oğurlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
8
Mənbələr
Şərh ()
Bağla