AZ

Yaz yorğunluğundan necə xilas olmaq olar?

Fəsil yenilənməsi orqanizmdə bir sıra dəyişikliklərə yol açır və halsızlıq, yorğunluq kimi hallar özünü büruzə verir. Metbuat.az xəbər verir ki, mütəxəssislər bu problemlərin yazın gəlişindən sonra təxminən 40 gün qədər davam etdiyini bildirirlər. Psixoloq Azad İsazadə bildirib ki, fəslin dəyişməsi insanda orqanizmdə hansısa bir xroniki xəstəlik olanda ciddi problem yaradır: "Fəsil dəyişəndə orqanizmdə olan nevroz, təzyiq, şəkərli diabet və s. xəstəliklər oyanır. Ancaq sağlam orqanizmə sahib insanlar hər hansı problemlə rastlaşmır. Qışdan sonra orqanizm bir qədər zəifləyir, vitamin çatışmazlığı yaranır. Amma Azərbaycanda qış çox sərt olmadığından biz belə problemlərlə çox da rastlaşmırıq. Sağlam insanlarda problem yaranmasa da, xəstəliyi olanlarda fəsil dəyişikliyi zamanı bir müddət kəskin formaya keçir. Əgər insanlar özlərinə vaxtlı-vaxtında nəzarət etsələr, müalicələrini aparsalar, onda problem də aradan qalxar. Adətən, aprel ayından fəsil dəyişikliyi ilə bağlı vəziyyət sabitləşir".
Onun sözlərinə görə, yaz ayları başlayanda depressiya halları artır: "Əgər payız və qış aylarında insanda depressiya yaşanıbsa, yaz fəslində bu hal daha da dərinləşir. Yaz fəsli başlayanda orqanizm istər psixoloji, istərsə də fiziki olaraq zəifləyir, insanın müqaviməti azalır. Depressiya və nevroz özünü daha kəskin şəkildə büruzə verməyə başlayır. Belə insanları müalicə edən həkim və ya psixoloq onlara fevralın sonu və ya martda təzədən müalicə kursu keçmələrini izah etməlidir. Bəzi insanlar günəşi xoşlamır və axşam vaxtı, qaranlıq düşdükdən sonra özünü daha rahat hiss edir. Bu da depressiyanın əlaməti kimi qəbul oluna bilər. Məsələn, sağlam insan bayramda paxlava, qoğal, qoz-fındıq yeməklə orqanizmi möhkəmləndirir və heç bir narahatlıq hiss etmir. Bəlkə bayram adətlərinin də kökündə bədənə qüvvət vermək durur. Sağlam insan özünü bir müddət zəif, əzgin hiss edir və tez bərpa olunur".Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının dosenti, tibb elmləri namizədi İbrahim Əfəndiyev deyib ki, yazın gəlişi heç də bütün insanlarda yorğunluq yaratmır, onlara mənfi təsir göstərmir: "Sadəcə olaraq fəsil dəyişikliyinə görə orqanizmdə bir çox metobalik proseslər güclənir. Bəzi hallarda metobolik proseslərin fonunda xəstəlik olan orqanizmdə patoloji proseslərin aktivləşməsi özünü göstərir. Bu, özünü yorğunluq, halsızlıq, bəzən yuxuculluq formasında göstərir. Bu kimi hallar xüsusilə şəhər mühitinin əhalisində daha çox görünür, kəndlərdə yaşayanlarda az rast gəlinir. Ümumiyyətlə, orqanizmin yeni fəslə uyğunlaşma reaksiyası getdiyindən belə hallar baş verə bilər. Sağlam insanlarda belə halların baş verməsi isə müvəqqətidir". Onun sözlərinə görə, orqanizmdə olan xəstəliklər payız və qış mövsümləri daxil olanda kəskinləşə bilər: "Xəstəliklərin kəskinləşməsi problemi olanda həkimə müraciət etmək lazımdır. Bu halla qarşılaşan şəxsin özünü müalicə etməsi yolverilməzdir. Bunun üçün ən azından sahə terapevtinə müraciət etmək lazımdır. Qan təzyiqinin ölçülməsinə, nəbzin sayılmasına nəzarət olunmalıdır. Ümumiyyətlə bədənin gümrahlığının qorunmasında rejimə əməl olunmasının böyük əhəmiyyəti var. Saatların irəli-geri çəkilməsi orqanizmə mənfi təsir göstərir. Uzun illərdir saatların yay və qış vaxtlarına keçirilməsi orqanizmə güclü təsir göstərirdi. Bu baxımdan yuxu, qidalanma rejiminə əməl etmək bu kimi halların aradan qalxmasında, yaranmamasında vacib rol oynayır. Təzyiqi olan insanlarda baharın gəlişi ilə əlaqədar yorğunluq və s. təsirlərdən təzyiqin yüksəlməsi halları ola bilər. Ürək patologiyası olanlar, həzm sistemində xora xəstəliyi olanlar əziyyət çəkə bilər. Şəkərli diabet xəstələri ümumi yorğunluqla qarşılaşa bilər".

Həkim yaz aylarında baş verən yorğunluğun, əhval-ruhiyyədə yaranan gərginliyin aradan qaldırılması üçün vitaminli qidalara üstünlük verilməsinin vacib olduğunu söyləyib: "Bunun üçün çoxlu meyvə-tərəvəz, göyərti qəbul etmək lazımdır. Parnik tərəvəzləri məsləhətli deyil, göyərti daha əlverişlidir. Çoxlu maye qəbul etmək vacibdir. Yazın gəlişi ilə orqanizmdə baş verən dəyişikliklər adətən aprelin ortalarına kimi davam edir. Təxminən 40 gün sonra orqanizm adaptasiya olur. Əgər imkan varsa, şəhərdən çıxıb sakit bir yerdə istirahət etmək lazımdır. Ürək-qan damar, sinir, əsəb pozğunluğu, revmatik xəstəlikləri olanlar bu dövrdə daha həssas olurlar. Qidalanma və yuxu rejimi ilə bu hal aradan qalxmadığı təqdirdə insanlar həkimə müraciət etməkdən çəkinməməlidir".

Seçilən
146
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26336
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17607
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16929
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16919
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13974
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11437
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11381
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10763
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10088
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9459
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7264
Səidə Sultan klipi üçün lüt soyundu
7140
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6144
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5945
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5677
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5190
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5164
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4550
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4298