AZ

Avtomobil bazarı: Haradan, hansı maşınlar idxal olunur?

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 361 milyon 23 min dollar dəyərində 19 min 571 ədəd avtomobil idxal olunub. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz və ya 1228 ədəd azalıb. Ancaq idxalın dəyəri 14,6 faiz və ya 46 milyon dollar yüksəlib. Belə ki, 2023-cü ilin ilk rübündə ölkəmizə idxal olunan avtomobillərin dəyəri 314,9 milyon dollar olmuşdu. Maşınların ümumi olaraq dəyərinin artmasında gömrük rüsumlarının ciddi təsiri olmayıb, burada əsas faktor daha baha qiymətə olan maşınların idxalının çoxalmasıdır. Yəni, ötən il idxal olunan bir avtomobilin orta idxal dəyəri təxminən 18 min dollar və ya 31 min manat təşkil edir.

Azərbaycana maşın idxalının əsas marşrutları Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ, Dubay sxemi) və Rusiya sxemidir. Bundan başqa, idxalçı şirkət və ya avtomobil salonları ilə birgə işləyən hüquqi şəxslər ABŞ, Yaponiya və Cənubi Koreyadan avtomobil gətirirlər. Gürcüstan və Almaniya bazarı daha çox istehsal ili 2016-2020-ci illərə aid avtomobillərin idxalı üzrə ixtisaslaşıb. Bu “ikinci” əl” maşın bazarı hesab edilir. ABŞ, Yaponiya, Cənubi Koreya, eləcə də Almaniyadan, istehsal ili yeni olan, yəni birbaşa zavoddan satış üçün idxal olunan maşınlar da az deyil, ancaq onların payı ümumi avtomobil idxalında 20 faizdən çox deyil.

Azərbaycanın maşın bazarının böyük hissəsi “ikinci əl” idxaldan asılıdır ki, bu da əsasən fiziki şəxslərin biznesi üçün xarakterikdir. Həmin idxal marşrutunun əsas ünvanı isə Gürcüstandır. Buraxılış ili və markasına baxdıqda Gürcüstan və üzərindən idxal olunan avtomobillərin üstünlük təşkil etdiyi görünür. Həmin avtomobillərin böyük bir qismi isə Cənubi Koreya istehsalı olan maşınlardır, daha çox “KİA Sorento”, “KİA Cerato”, “Hyundai Santa Fe”, “Elantra”, “Kia Rio” üstünlük təşkil edir, onların satış qiyməti (birbaşa bazar qiyməti) 18-40 min manat arası dəyişir. Ən ucuzu “Kia Rio”, bahalısı isə “Hyundai Santa Fe”dir. Yaponiya istehsalı olan maşınlardan hibrid olan “Toyota”lar və “Prius”lar daha çox idxal edilir. Ümumiyyətlə, yapon maşınlarına nisbətən Koreya istehsalı olan avtomobillərin idxalı ən azı 2-3 dəfə çoxdur. “Chevrolet Cruze” da qismən çox idxal edilənlər sırasındadır. “İkinci əl” idxalda Almaniyanın istehsal ili 2016-2022-ci illərə aid maşınları da az deyil.

2023-cü ildə Azərbaycanda Dövlət Yol Polisində müvafiq qeydiyyatdan keçmiş minik avtomobillərinin markalarına görə, ilk sırasında Almaniya istehsalı olan “Mercedes-Benz” dayanıb. Sonrakı yerlərdə Rusiya istehsalı olan “ Vaz 2101”, “Vaz 2105”, “VAZ 2107”, “Hyundai”, “KİA”, “Toyota”, “Chevralet”, “Nissan”, “BMW”, “Volkswagen”, “Mitsibushi”,”Ford”, “Reno”, “Lexus”, Honda”, “Daewo”, “Audi”, “Landrover”, “Tofaş”, “Fiat”, “Mazda”, “Changan” və digər markalar sıralanır. Qiymətlərə gəlincə, avtomobillərin satış bazar qiyməti ötən ildəkindən cüzi fərqlənir. Qiymətlər 2-2,8 faizdən çox bahalaşmayıb. Bunun da səbəbi ümumi olaraq inflyasiya və daşınma xərcləri ilə bağlıdır.

Azərbaycana “ikinci əl” maşın idxalının əsas qapısı olan Gürcüstanda 2024-cü ilin əvvəllərindən başlayan durğunluq isə hazırda bu ölkədən digər regionlara paylanan avtomobillərin idxalı üçün bəzi çətinliklərin yaranmasına gətirib çıxarmaqdadır. Belə ki, Avropa İttifaqı ölkələrində “yaşıl iqtisadiyyat”a keçidlə bağlı direktivlərə xüsusi yer verən istehsalçı ölkələrin və şirkətlərin avtomobil idxal edən ölkələrin yanacaq bazarını öyrənərək “Avro-5” tələblərini sərtləşdirməsindən sonra Gürcüstanın da avtomobil parklarında ajiotaj yaranıb. Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının sədri Aleksandr Noniadze bildirib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin göstəricilərindən 31,3 faiz azdır. Ancaq təkrar ixracın dəyəri və dövriyyəsi artıb. Bu o deməkdir ki, Gürcüstandan “ikinci əl” avtomobil bazarında qıtlıq yaranması üçün ajiotajların bu ölkədən maşın idxal edən kənar ölkələrə yayılacağı istisna deyil. Nəticədə bu amilin əsas alıcı ölkələrdən biri olan Azərbaycana da təsir göstərəcəyi şübhə doğurmur. Belə olan halda Gürcüstandakı idxal tranzit xəttinin rentabelliyinin azalması Azərbaycanın maşın idxalçısı şirkətlərinin və fiziki şəxslərin başqa idxal coğrafiyalarına üz tutmasını da artıra bilər. Əsas coğrafiyalardan biri olan Almaniya və BƏƏ-dən gətirilən maşınların ümumi idxalda dövriyyəsi arta bilər ki, bunun da maşınların orta idxal xərcinə və bazardakı qiymətlərə təsirsiz ötüşməyəcəyi isə istisna deyil.

Elbrus

Seçilən
98
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17580
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12526
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
9006
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7725
May ayında Azərbaycana qar yağdı - VİDEO
7456
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6882
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6806
Sabah 20 dərəcə isti olacaq
5701
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5582
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5440
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5418
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5412
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5386
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5139
Bu yol qovşağında təmir işləri aparılacaq
5139
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4565
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4490
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4481
Azərbaycan nefti ucuzlaşıb
4290
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4185