AZ

Toyda mübahisə düşdü: bəy gəlinin rəfiqəsinə qoşulub getdi

Çində toy gözlənilməz sonluqla bitib.

Publika.az olke.az-a istinadən xəbər verir ki, bəy və onun qohumları toya hazırlıq üçün səhər tezdən gəlinin evinə gəliblər.

Gəlinin ailəsi gözlənilmədən bəyə bildirib ki, əgər onlara 500 min yuan verməsə, toy olmayacaq.

Təəccüblənən bəy ona zarafat etdiklərini düşünsə də, gəlinin anası oğlunun borcunu ödəmək üçün pul lazım olduğunu deyib.

Bəy isə o qədər pulunun olmadığını söyləyib. O, daha sonra qıza tərəf çevrilərək "Əgər bu gün sənə pulu verə bilməsəm, mənimlə gəlməyəcəksən, hə?" sualını verib.
Sevgilisi isə sadəcə olaraq "başqa seçimim yoxdur" deyərək cavab verib.

Qəfil ayrılıq mərhələsinə gələn cütlüyün ailələri arasında şiddətli mübahisə yaranıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
10
Mənbələr
Şərh ()
Bağla