AZ

Cahit Bağçı: 1915-ci il hadisələri ilə bağlı ortaq komissiya təklifi gündəmdədir

“Bu gün 1915-ci ildə baş verənlərə məqsədli şəkildə "soyqırımı" deyirlər, amma bunu araşdırmaq siyasətçilərin yox, tarixçilərin işidir”.

Bunu  Azərbaycan  Dövlət  İqtisad Universitetində keçirilən "Qondarma Erməni soyqırımı: İddialar və gerçəklər" mövzusunda konfransda Türkiyənin  Azərbaycandakı səfiri Cahit  Bağçı deyib.

“Türkiyə 2005-ci ildə həmin hadisələrin araşdırılması üçün ortaq komissiyanın yaradılmasını təklif etsə də, Ermənistan hələ də bu təklifə cavab verməyib. Əksinə, bu məsələni bəzi ölkələrin parlamentlərində tanıtmağa nail olub. Bu təklif hazırda da gündəmdədir. Unudulmamalıdır ki, hazırda Türkiyə qarşıya qoyduğu yüzillik hədəfi ilə bütün platformalarda güclü bir dövlətdir", - səfir qeyd edib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla