AZ

Ruslar ələ keçirdikləri Qərb texnikalarını sərgiləyəcəklər - VİDEO

Moskvada Ukrayna ərazilərində aparılan döyüşlər zamanı ələ keçirilmiş silahların sərgisi açılacaq.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, sərgi mayın 1-də Poklonnayada təşkil olunacaq və bir ay davam edəcək.

Məlumata görə, sərgiyə gələnlər Qələbə Muzeyinin qarşısındakı meydanda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələrin istehsalı olan 30-dan çox hərbi texnikalara baxa biləcəklər.

Xüsusilə, bunlar Almaniyanın məşhur “Leopard” tankı “Marder” piyada döyüş maşını, Amerikanın “Bradley” və İsveçin CV90 piyada döyüş maşınları olacaq.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
8
Mənbələr
Şərh ()
Bağla