AZ

Argentinalı əfsanə xəstəxanaya yerləşdirildi

Argentina millisinin sabiq hücumçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, karyerası ərzində həm “Mançester Yunayted”də, həm də “Mançester Siti”də çıxış edən 40 yaşlı argentinalı həkimə müraciət etdikdən sonra gecəni klinikada keçirib. Bu gün Karlos yaxınlıqdakı başqa bir xəstəxanada əlavə testlərdən keçməlidir.

Tevesin müayinələrinin ilkin nəticələrinin "qənaətbəxş" olduğu bildirilir. Futbolçunun özü isə hələlik rəsmi açıqlama verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla