AZ

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib 

Ötən ilin iyununda istifadəyə verilən Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada bu günədək 250-dən çox pasiyent müalicə alıb.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, yarandığı gündən fəaliyyətini uğurla davam etdirən tibb müəssisəsində xəstələr arasında ölüm faktı qeydə alınmayıb.
 
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tərkibində fəaliyyət göstərən Modul tipli Vərəm Əleyhinə Xəstəxanada fəaliyyət dövrü ərzində 221-i kişi, 34-ü qadın olmaqla, 255 xəstə daxil olub. Onların böyük əksəriyyətinin, yəni 188 nəfərin müalicəsi tam başa çatıb və evə buraxılıb.
 
TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri Nəhmət Rəhmanovun sözlərinə görə, ümumilikdə 195 çarpayı fondu olan tibb müəssisəsinin stasionarında hazırda 76 nəfərin müalicəsi davam etdirilir.
 
Qeyd edək ki, müasir tələblərə cavab verən və peşəkar tibbi heyətə malik xəstəxanada vərəmin diaqnostikası üçün əsas müayinələrdən hesab edilən bəlğəm analizlərinin müayinə edilməsi məqsədilə “Bakterioloji laboratoriya” da yaradılaraq istifadəyə verilib. Bu laboratoriyada beynəlxalq standartlara uyğun avtoklav, havalandırma və müasir tipli sorucu şkaflar quraşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla