AZ

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.

 

Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu qərarı özü verib.

 

Qeyd edək ki, İker "Atletik"in məzunudur. O, 2009-cu ildə əsas komandada oynamağa başlayıb. Munyain bu klubda İspaniya kubokunu və iki dəfə ölkə Superkubokunu qazanıb. Yarımmüdafiəçinin "Atletik"lə hazırkı müqaviləsi bu yay başa çatır.

 

Bu mövsüm Munyain bütün yarışlarda 22 oyun keçirib və iki qol vurub. İspan yarımmüdafiəçinin bazar dəyəri 6 milyon avrodur.

 

Fatimə Lətif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla