AZ

Daha bir ölkə "meymunçiçəyi" ilə üz-üzə

Konqo Respublikasında paytaxt Brazzavil də daxil olmaqla 5 bölgədə M pox (mpox) xəstəliyinin aşkarlanmasından sonra epidemiya elan edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Konqo Respublikasının Səhiyyə Naziri Gilbert Mokoki açıqlamasında ölkədə 19 Mpox (mpox) xəstəliyinin qeydə alınmasından sonra epidemiya elan edildiyini açıqlayıb.

İndiyə qədər heç bir ölüm halının qeydə alınmadığını vurğulayan Mokoki, ictimaiyyəti şübhəli hallardan və heyvanlarla yaxın təmasdan qaçmağa çağırıb.

Endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan mpox iki növə bölünür: Konqo və Qərbi Afrika növləri.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.

Qeyd edək ki, 28 noyabr 2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı stiqma və irqçiliklə bağlı narahatlıqları əsas gətirərək virusun \"meymun çiçəyi\" əvəzinə \"mpox\" adlandırıldığını açıqladı.
 
Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla