AZ

TDT-nin kosmik agentlik rəhbərləri Bakıda bir araya gəldi

Bakıda Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb.

Publika.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, toplantı Mərkəzi Asiya regionunun kosmik oyunçularının iştirakı ilə artıq üçüncü dəfə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2024) çərçivəsində baş tutub.

Türkiyə Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir. Məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub. Toplantının gündəliyinin əsas mərkəzində kosmik fəaliyyətin davamlılığı üçün əməkdaşlığın vacibliyi dayanıb. Azərkosmosun sədri Saməddin Əsədov toplantıda çıxış edərək ölkəmizin türk dövlətlərinin kosmik nümayəndələrinin Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində təmsil olunmasının önəmini vurğulayaraq kosmik arenada elm, biznes və innovasiya üzrə birgə səyləri davam etdirməyə hazır olduğumuzu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
4
Mənbələr
Şərh ()
Bağla