AZ

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Bakı. Trend:

Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü xanım JelykaTsviyanoviç Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında(COP29) iştiraka dəvət olunub.

Trend xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakısəfiri Vilayət Quliyev Jelyka Tsviyanoviç ilə görüşüb və AzərbaycanPrezidenti İlham Əliyev tərəfindən ona ünvanlanmış COP29-a dəvətməktubunu təqdim edib.

Görüş zamanı səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlərvə yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslılayihələr barədə ətraflı məlumat verib.

J.Tsviyanoviç isə bu ilin mart ayında Azərbaycana səfəri vəPrezident İlham Əliyevlə görüşündən xoş təəssüratlarını bölüşüb,Bosniya və Herseqovina ilə Azərbaycan arasında hərtərəfliəlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
6
Mənbələr
Şərh ()
Bağla