AZ

Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen

Tarix: 24 Aprel 2024 18:00

Rusiyanın Ukraynadakı qələbəsi Avropada tarixin gedişatını dəyişəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentinin sessiyasında deyib.
"Putinin qələbəsi təkcə dünya xəritəsini dəyişməyəcək, həm də Avropa Birliyinin tarixi gedişatını dəyişəcək. Bundan sonra Avropa Birliyi heç vaxt əvvəlki kimi olmayacaq", - o bildirib.
Leyen yenidən AB ölkələrini Ukraynaya silah vermək üçün birləşməyə çağırıb və Rusiyanı "ekzistensial təhlükə" adlandırıb.



Onun sözlərinə görə, Ukrayna AB naminə ağır bir yük daşıyır və buna görə də birlik ölkələri Ukraynanı özünümüdafiə üçün bütün vasitələrlə təmin etməlidir.
"Ukrayna qalib gəlməlidir", - o vurğulayıb.

Milli.Az

Seçilən
154
50
Mənbələr
Şərh ()
Bağla