AZ

Heydər Əliyev Mərkəzində Qırğızıstan sənət nümunələrinin sərgisi açılıb

Qırğızıstan mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Mərkəzində bu ölkənin seçilmiş sənət nümunələrinin sərgisi açılıb.

APA-nın xəbərinə görə, sərgidə Qırğızıstanın mədəniyyəti, mətbəxi, milli geyim və tarixini əks etdirən sənət nümunələri təqdim edilib.

Modelyer-rəssam Dilbər Aşimbayevanın müəllifi olduğu geyim nümunələri təqdim olunub. Ziyarətçilərə təqdim olunan geyimlərin dizaynında təkcə qırğız xalqının deyil, bütövlükdə Türk dünyasının mədəniyyətini və tarixini özündə ehtiva edən elementlər yer alıb.

Sərgidə iştirakçılar Qırğızıstanın ən qədim və zəngin sənət nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edib, Qırğızıstanın xalq çalğı alətlərindən ibarət ansamblın müşayiəti ilə xalq musiqilərini dinləmək imkanı əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla