AZ

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə dəyişiklik edilib.

Belə ki, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər siyahısından kommersiya mübahisələri çıxarılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
16
Mənbələr
Şərh ()
Bağla