AZ

Qurban Qurbanov: “Final iki dostun qarşılaşması olacaq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinalında “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xatırladır ki, bu komandaların “Neftçi”nin meydanında baş tutan ilk oyununda Ağdam təmsilçisi 4:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə də 4:1 hesablı qələbəyə sevinən “Qarabağ” finalda “Zirə” ilə oynamaq hüququ qazanıb.

Ağdam klubunun 51 yaşlı çalışdırıcısı matçdan sonra keçirilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Futbolçularımı təbrik edirəm. Finala vəsiqə qazandıq. Ölkə kuboku əlavə prestijdir. Hər bir futbolçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım. “Neftçi”yə uğurlar arzulayıram”.

Qurbanov finalda Rəşad Sadıqovlu “Zirə”yə rəqib olmalarına münasibət bildirib: “Rəşadla çox yaxın dostuq, amma aramızda müəllim-şagird söhbəti olmayıb. Meydanda bir-birimizə rəqibik. Nəinki Rəşadla, digər futbolçularla da. Bəli, mənə müəllim, hoca deyirlər. Amma bu, bir peşəkar işdir, sənətdir. Bu gün Rəşad özü komandanı idarə edir, özü öz düşüncələrini həyata keçirmək istəyir. İki dostun qarşılaşması olacaq. Bundan əvvəl də maraqlı finalımız olmuşdu, penaltilərlə qalib gəlmişdik. Əminəm ki, bu oyun da azarkeşlər üçün maraqlı olacaq”.

“Qarabağ”ın çalışdırıcısı yayda komandada böyük dəyişiklik etmək fikrində olmadıqlarını vurğulayıb: “Öz düşündüklərimizi daha da yaxşılaşdırmaq, tezləşdirmək istəyirik. Məşqlərdə çalışırıq, oyunçulardan da tələb edirik. Nəyisə təkmilləşdirmək şansımız varsa, komandadan bunu tələb edirik. Sistem dəyişikliyinin tərəfdarı deyiləm. Sadəcə, oyunun gedişatında əlavə kombinassiyalar, əlavə rotasiyalar edirik. Amma çox da futbolçuların fikirlərini yayındırmaq istəmirəm. Əvvəl rəqibə oynamağa imkan verməməliyik, sonra da düşündüklərimizi reallaşdırmalıyıq”.

Qurban Qurbanov son dövrlər komandadan ayrılması gündəmdə olan Andrey Lunyovla bağlı duruma da toxunub: “Burada hansısa problem görmürəm. Futbolçuların çoxunun bizimlə müqaviləsi var. Klub razılıq verməsə, harasa getmələri baş tutan məsələ deyil. Ola bilər ki, həvəssizlik olsun. Amma hamısı bizim oyunçulardır. Rəsmi olaraq təklif yoxdur. Narahat olası bir şey görmürəm”.

“Komanda olaraq yaxşı müdafiə olunmuruq” – Bojoviç

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Birinci oyunun nəticəsi həm bizə, həm də “Qarabağ”a təsir göstərmişdi. Birinci hissə maraqlı keçmədi. İkinci hissə daha yaxşı idi. Bizim də, “Qarabağ”ın da qol epizodları var idi. Bu oyunda əvvəlki görüşlərdə özünü göstərmək imkanı olmayanlara şans verdik. Ağadadaş Salyanski bu gün yaxşı oynadı, yaxşı ötürmələri var idi. Biz onu əsas komandaya götürməyə cəhd edirik. Sevinirəm ki, “Neftçi”nin bu cür yetirməsi var. İnanıram ki, o, gələcəkdə bu komandaya çox faydalı olacaq”.

Bojoviç komandasının müdafiə xəttindəki problemlərə də toxunub: “Bu, tək müdafiəçilərlə bağlı məsələ deyil. Biz komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq. “Zirə” ilə görüşdəki nəticə də mənim üçün sürpriz oldu. Çünki meydanda sayca çox idik, amma uduzduq. Çempionatda 5 oyunumuz var. İstədiyimiz yeri tutmaq üçün əlimizdən gələni edəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11098
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6276
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6215
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6063
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5965
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5824
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4185
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3841
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3693
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3628
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3565
Sabah 20 dərəcə isti olacaq
3218
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3023
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2825
Röyanın biabırçı videosu yayıldı
2754
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2622
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2597
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2535
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2513
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2350