AZ

“Neftçi”nin baş məşqçisi: “İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi”

“İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmada ikinci yarının daha maraqlı alındığını bildirib: “Çoxlu qol vəziyyətləri oldu. Bu gün əvvəlki görüşlərdə özlərini göstərə bilməyən futbolçulara şans verdim”.

Monteneqrodan olan baş məşqçi komandasının yaxşı müdafiə oluna bilmədiyini söyləyib: “Bu istiqamətdə işləyirik. Qarşıda beş oyun var. Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla