AZ

XİN: Ermənistan ilk dəfə öhdəliklərini həyata keçirəcək və hüquq qaydasını tam təmin edə biləcək

“Azərbaycan Respublikası Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 il davam edən Ermənistan işğalından azad edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisində tərəf olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri həyata keçirəcəyini və hüquq qaydasını tam təmin edə biləcəyini bəyan edib”.

Bizim.Media xəbər verir ki, bunu 23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” üzrə Azərbaycan Respublikasının 5-ci dövri məruzəsinin təqdimatı zamanı xarici işlər nazirinin müavini Samir Şərifov bildirib.

Bundan başqa, S.Sərifov Azərbaycan Respublikası hökuməti tərəfindən qanunvericilik islahatlarının dərinləşdirilməsi, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqı ilə bağlı görülmüş tədbirlər, habelə insan hüquqları və əsas azadlıqları mövzusunda hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş çoxsaylı yerli və xarici təlimlər, seminarlar və tədris proqramları barədə geniş məlumat verib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
12
Mənbələr
Şərh ()
Bağla