AZ

Tramp: "Bayden yəhudi xalqına və fələstinlilərə nifrət edir"

ABŞ prezidenti Co Bayden həm yəhudi xalqına, həm də fələstinlilərə nifrət edir. Bizimyol.info xəbər verir ki, bu bəyanatla çərşənbə günü Amerikanın keçmiş lideri Donald Tramp münasibət açıqlayıb. “Co Bayden İsrailə və yəhudi xalqına nifrət edir. Problem ondadır ki, o, fələstinlilərə daha çox nifrət edir və sadəcə nə edəcəyini bilmir”, - Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. Bir müddət əvvəl eks-prezident Bayden administrasiyasının öz siyasəti ilə dünyanı cəhənnəmə çevirdiyini və ölkəni qan gölünə sürüklədiyini bildirmişdi. Tramp ABŞ Konstitusiyasına Birinci Düzəlişin təmin etdiyi söz azadlığının qorunmasına arxalanaraq, ictimaiyyət qarşısında ABŞ prezidenti Co Baydenə qarşı təhqiramiz işlətməkdən çəkinmir. Nə qədər ki, Trampın açıqlamaları zorakılığa təhrik etmək və ya dərhal zorakılıqla hədələmək kimi hüquqi sərhədləri keçməyib, ABŞ qanunlarını pozmur. ABŞ hüquqşünaslığı xüsusilə hökumət rəsmilərinin ictimai tənqidi kontekstində çıxışın qeyri-qanuni hesab edilməsi üçün yüksək hədd qoyur. Qeyd edək ki, eks-prezident Donald Tramp və hazırkı dövlət başmısı Co Baydenin bu il keçiriləcək prezident seçkilərində biri-birinə qarşı mübarizə aparacaqları gözlənilir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
4
Mənbələr
Şərh ()
Bağla