AZ

Cəlilabadda baş verən qəzada sürücü ağır xəsarət alıb - Foto

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 88-ci km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı beton baryerə çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsini idarə edən sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
4
Mənbələr
Şərh ()
Bağla