AZ

Boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında 1/4 final döyüşləri keçirilib. 

Offsideplus.az xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin daha 1 idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.

63,5 kq Malik Həsənov üçüncü görüşündə Din Klensi (İrlandiya) ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib. Həsənov yekunda Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq. 

Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilarımız bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar. 

Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
12
Mənbələr
Şərh ()
Bağla