AZ

İranlı rep ifaçısına yenidən ölüm hökmü verilib

İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etirazları təşkil etməkdə günahlandırılan iranlı rep ifaçısı Tumac Salihi haqqında ölüm hökmü çıxarıldığı, lakin sonradan Ali Məhkəmənin hökmü ilə cəzasının həbslə əvəz edildiyi bildirilmişdi. Salihi barədə yenidən ölüm hökmü verilib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İranda nəşr olunan “Shark” qəzetinə danışan Salehinin vəkili Əmir Rəisiyan İsfahan İnqilab Məhkəməsinin Ali Məhkəmənin qərarını icra etmədiyini bildirib. Vəkil Rəisiyan: “İsfahan İnqilab Məhkəməsinin 1-ci Şöbəsi görünməmiş addım ataraq Ali Məhkəmənin Tumac Salehi ilə bağlı çıxardığı hökmü icra etməyib və aşağı məhkəmənin müstəqilliyini vurğulayaraq, Tumac Salihi "yer üzündə fitnə-fəsad törətmək" və dünyanda qarşıdurma yaratmaq ittihamı ilə ən ağır cəza olan ölümü çıxarıb", - deyə qeyd edib. İranın məhkəmə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib. Rep müğənnisi Salihi 2022-ci ilin sentyabrında başlayan və Mahsa Eminin polis nəzarətində ölməsindən sonra təxminən 4 ay davam edən nümayişlər zamanı etirazlara qatılıb və aksiyaları dəstəkləyən açıqlamalar verib. İran rəsmiləri daha sonra Salehinin ölkədən qaçmaq istəyərkən saxlanıldığını açıqlayıb və iranlı müğənninin gözləri bağlı və dediklərinə görə üzr istəyən şəkli ölkə mətbuatında dərc olunub. Ailəsi və tərəfdarları Salehinin həbsxanada işgəncələrə məruz qaldığını, günahını etiraf etməyə məcbur edildiyini iddia ediblər. “Yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə edam cəzası ilə mühakimə olunan Salihi, nümayişlər zamanı silahlı qüvvələrlə zorakılığı və qarşıdurmanı təşviq etdiyi iddiası ilə əvvəlcə ölüm cəzası almışdı. Bildirilib ki, iranlı müğənninin cəzası daha sonra hakimiyyətlə “effektiv əməkdaşlıq” etdiyi üçün həbs cəzası ilə əvəzlənib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla