AZ

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

Bakı, 25 aprel, AZƏRTAC

“Yaxın tarixə diqqət yetirsək, görərik ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizin inkişaf strategiyası möhkəm təməllər üzərində qurularaq, bazar iqtisadiyyatına sürətli keçid baş verib. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”. Bu düşünülmüş siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradılıb. Nəticədə özəl sektorun, eləcə də ölkənin sosial-iqtisadi inkişafında önəmli rol oynayan geniş sahibkarlar təbəqəsi formalaşıb. Ölkə iqtisadiyyatının qlobal iqtisadi sistemə inteqrasiyasında mühüm nailiyyətlər əldə olunub.

Bu siyasət sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, iqtisadiyyatın inkişafı üzrə uzunmüddətli strategiya və dövlət proqramları qəbul olunub”.

AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Azərbaycan Arbitraj Günləri” tədbirində çıxışı zamanı deyib.

“Sahibkarlıq iqtisadi inkişafın təməl daşı kimi dayanıqlı iqtisadi sistemin qurulmasına və iqtisadi tərəqqiyə təkan verməklə yanaşı, həm də sosial rifahın yüksəldilməsində mühüm rol oynayır. Ona görə də bu fəaliyyətin dəstəklənməsi və sahibkarlığın inkişafı dövlətimizin hər zaman əsas hədəflərindən biridir.

Bildiyiniz kimi, bazar iqtisadiyyatında dayanıqlı iqtisadi inkişaf davamlı investisiya yatırımları tələb edir. İş adamları isə siyasi stabil, sərmayələrinin yüksək səviyyədə qorunduğu və möhkəm hüquqi müdafiəsi olan ölkələrə yatırımlar etməkdə maraqlıdırlar. Çünki investisiyanın qorunmasında müstəqil, güclü və ədalətli məhkəmə sistemi tələb olunur. Beynəlxalq təcrübə göstərir ki, müstəqil məhkəmə sistemi həmçinin ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafı və böyük bizneslərin formalaşmasında önəmli rola malikdir. Buna görə də Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə məhkəmə-hüquq sistemində böyükhəcmli islahatlar başlayıb. Bu çərçivədə ölkənin müxtəlif regionlarında ixtisaslaşdırılmış inzibati və kommersiya məhkəmələri yaradılıb. Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyəti ilə bağlı kommersiya mübahisələrinə baxır. Həmin islahatlar məhkəmə strukturunda ixtisaslaşmanın və optimallaşdırılmanın artırılmasına və iş yükünün daha balanslı bölüşdürülməsinə yol açıb.

Bununla yanaşı, kommersiya məhkəmələrinin yaradılması sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi və nəticədə ölkəmizdə biznes və investisiya iqliminin daha da yaxşılaşdırılması istiqamətində önəmli mərhələ olub”, - deyə İ.Kərimov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17932
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14758
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9899
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8317
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7386
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7159
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7112
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7031
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6944
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5694
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5413
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5073
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4229
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3982
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3345
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3273