AZ

Azərbaycan Kubokunun finalında təkrarlanan 6-cı cüt

Futbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək.

Arena.az xatırladır ki, bu komandalar 2021/2022 mövsümündə də finalda qarşılaşıblar.

Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyə qədər 5 duel yenidən finalda təkrarlanıb.

Kubok mövsümünün son matçında “Neftçi” – “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” – “Şəmkir”, “Kəpəz” – “Qarabağ”, “Xəzər Lənkəran” – “İnter”, “Neftçi” – “Qəbələ” matçları isə Azərbaycan Kubokunun iki finalına təsadüf edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
9
Mənbələr
Şərh ()
Bağla