AZ

Türk dövlətləri parlamentləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər. SİA xəbər verir ki, onlar ermənilərin işğal dövründə bu ərazilərdə törətdikləri dağıntılara baxacaq, aparılan bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisində ilk dəfə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
5
Mənbələr
Şərh ()
Bağla