AZ

Şizofreniya xəstəsi 12 yaşlı uşağı bıçaqladı - TƏFƏRRÜAT

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın İsrayıl Cəfərzadə, 12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Sərkar Məmmədov (soyadlar şərtidir) Atatürk liseyinin 6-cı sinif şagirdi, 2012-ci il təvəllüdlü Ömər Əliyevi bıçaqlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, Ömər nadinc uşaqdır. Dəfələrlə onun məhəllədəki azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etdiyini görüb. Sərkar Ömərin onların məhəlləsinə gəlməsindən qəzəblənib və bıçaqla ona xəsarət yetirib. Daha sonra isə könüllü olaraq polisə təslim olub. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, psixi xəstəliyi var və əvvəllər Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində müalicə alıb.

Şahidlər də məhkəmədə verdikləri ifadələrində Sərkarın Öməri bıçaqladığını təsdiqləyiblər.

Məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunub ki, təqsirləndirilən şəxsə paranoidal şizofreniya diaqnozu qoyulub:

“O, cinayət əməlini törədən zaman paranoidal şizofreniya xəstəliyindən əziyyət çəkib. Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir”, - deyə ekspertiza rəyində bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.3-cü və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən Sərkar Məmmədov nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Seçilən
186
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3818
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3574
Bu yol qovşağında təmir işləri aparılacaq
3073
Bakıda hoteldə yanğın başlayıb
2693
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1782
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1647
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1542
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1441
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1316
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1241
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1234
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1139
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1094
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
942
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
940
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
907
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
900
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
854
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
828
Sabah 5 kəndin qazı kəsiləcək
776