AZ

“Alatava”lı aktrisa: Xalq artisti adı ilə tərbiyəsizlik edirlər

“Alatava” serialı da çəkilmiş aktrisa Rumiyə Ağayeva da xalq artistlərinin tənqidinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, "Facebook" səhifəsində yazıb:

“Bu “ad” məsələsini ləğv etsəydilər, hamı öz işi ilə məşğul olardı. Yoxsa “Xalq artistiyəm, Əməkdar artistəm” deyib min hoqqadan çıxanlar var. Onsuz da xalq bilir əsl xalq artistləri kimlərdir! Tərbiyəsizlik edib, öz adlarından istifadə edənlərə isə üzümü tutub deyirəm ki, adınızı, ucuz ifadələrinizi yox, sənətinizi həmin o Xalqa nümayiş etdirsəniz, daha düzgün olardı.

Başqa ad daşıyan və ya daşımayan sənət yoldaşlarınızdan örnək götürün! Bu gün Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Vüsal Əhmədzadə cavan yaşlarında bu xalqa daha çox fayda gətirib və gətirəcək də. Onların sənətinin qarşısında baş əyirəm. Çünki onlar başlarını aşağı salıb, keyfiyyətli işlərini görürlər! Ucuz priyomlara əl atıb camaatı güldürmürlər! İnsanlara daimi düzgün mesaj ötürürlər! Heç kimlə də işləri olmur! Ona görə onların yolunu kəsmək istəyənlərə ayıb olsun”.

Xatırladaq ki, xalq artistləri Rasim Balayev və Əli Nur “Alatava” serialının müəlliflərini sərt tənqid ediblər.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
Mənbələr
Şərh ()
Bağla