AZ

“Ermənistan Azərbaycanla sərhədin delimitasiyası zərurətini tanıyır” - Zaxarova

“Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”.Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini tənqid etməsinə münasibət bildirərkən deyib.Zaxarova Ermənistan hakimiyyətinin KTMT-ni ictimai tənqidlərinin davam etməsindən təəssüfləndiyini bildirib.Onun sözlərinə görə, Təşkilatın katibliyi KTMT-nin nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq respublika qarşısında bütün öhdəliklərin qorunduğunu təsdiqləyib.“Heç kəs şübhə etmir ki, KTMT-nin məsuliyyət zonasına Ermənistanın ərazisi daxildir”, - deyə siyasətçi vurğulayıb. Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla