AZ

Taleh Yüzbəyovdan Rasim Balayevə SƏRT CAVAB: "Tərbiyəsizlik gənc aktyor kirayədə qala-qala ..."

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. 














Ucnoqta.az xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. 






O bildirib ki, səsləndirilən fikirləri "Alatava" serialı, dolayı yolla isə "İctimai tv"yə qarşı kampaniyadır.  






"Kimsə eyni tənqid statusunu ayrı-ayrı səhifələrdə və profillərdə paylaşdırır, Xalq artistlərindən müsahibə alınıb, tirajlanır və s. Gözünə döndüyüm Xalq artistlərimiz də gözünü yumub, ağzını açıb. Biri deyir, "onların başlarını əzmək lazımdır", biri deyir, "Bu cür seriallara gerizəkalılar baxır", hər ikisi bir ağızdan deyir ki, "Bu tərbiyəsizlikdir!". 






And içə bilər, amma sübut eləyə bilmərəm ki, həmin Xalq artistlərimiz serialımızın heç bir bölümünə də efirdə baxmayıb. Çünki baxsalar bilərdilər ki, efirdə heç bir vulqar ifadə, söyüş səslənmir. Serial yalnız Youtube-da olduğu kimi nümayiş olunur. Həm də siz niyə özünüzü əxlaq polisi kimi aparırsınız ki? Siz axı aktyorsunuz. Sənət adamlarısınız. Əgər doğrudan da öz sənət yoldaşlarınıza və cəmiyyətə faydalı olmaq istəyirsinizsə, serialda aktyor oyunundan danışın, bədii həllindən danışın, ssenariyə fikir bildirin. Bu baxımdan ürəyiniz istədiyi qədər tənqid eləyin. Əgər etiraz eləsək, siz dediyiniz kimi tərbiyəsiz olarıq. Onda bəlkə sizə qulaq asıb, sizdən öyrənərik, səhvlərimizi düzəldərik. Amma siz bu yaşda kiminsə oyununun aləti olursunuz. Vallah yaraşdırmıram sizə! 






Söyüş söymək isə tərbiyəsizlik deyil. Bir sıra böyük şair və şairələrimizin şeirlərində, yazıçılarımızın əsərlərində, filmlərimizdə də söyüş var. Bir də hər personajın öz danışıq dili olur. Bu serial isə küçə uşaqlarından bəhs eləyir. Bağışlayın ki, onları səhnə danışığı müəllimi kimi danışdırmaq istəmirik. Və onların söyüşlərində biz tərbiyəsizlik görmürük. Lətifəsi bu Xalq artistlərimizdən uzaq, bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala özünə dövlətdən ikinci evi istəməkdir. Tərbiyəsizlik həmin o əməkdar və xalq artisti adına görə hər cür hoqqdan çıxıb, layiqli başqa aktoyrun haqqına girməkdir. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir. Tərbiyəsizlik o artisti olduğun xalqın bu seriala baxan hardasa 1 milyon şəxsinə "gerizəkalı" deməkdir. Tərbiyəsizlik bu sənətdə olub, bu sənətin inkişafı üçün heç nə eləməməkdir. 






Bizim də serialda Xalq və Əməkdar artistlər var. Onlar bəzən ödənişsiz, bəzən çox aşağı məbləğə bizə dəstək olublar. Sizcə onlar nəyə və niyə çəkildiklərini bilmirlər?! Biz isə bəzən borca, bəzən öz pulumuza film və serial çəkənlərik. Heç kəsdən də heç nə umub, heç nə tələb eləmirik. Biz öz işimizi görürük. Qiyməti isə tamaşaçılar və zaman verəcək. Sizə isə, əziz Xalq artistlərimiz, Allahdan uzun ömür, can sağlığı arzulayırıq. Bu sənətə ömrünüzü həsr eləmisiniz. Çəkildiyiniz filmlərə, oynadığınız tamaşalara baxıb böyümüşük. Bunlara görə çox sağolun! 






Bu oyunu quranlara isə yaxşı heç nə arzulamırıq. Çünki elədikləri şey yaxşı iş deyil. Bakı balaca şəhərdir, axır-əvvəl kim olduqları üzə çıxacaq. Oğurluq və "belə oyun qurmağın" ömrü 40 gündür. Heç olmasa Xalq artistlərimizi bu oyunda alət eləməyin. Açıq mübarizə aparın. Amma çətin sizdə o göz olsun. Bir filmimizdə deyildiyi kimi: "Kişinin də qoluna qandalı gərək kişi taxsın!". 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8887
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5489
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5304
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5100
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4973
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3903
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3171
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3032
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3030
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2815
Sabah 20 dərəcə isti olacaq
2800
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2470
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2332
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2326
Röyanın biabırçı videosu yayıldı
2322
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2168
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2126
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2076
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1771
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721