AZ

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 20%-dən çox azalıb

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 470,8 milyon manat təşkil edib.

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, martın 1-i ilə müqayisədə 1,6 milyon manat və ya 0,3% çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 33 milyon manat və ya 7,5 % artıb, son 1 ildə isə 119,7 milyon manat və ya 20,3 % azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib.

 İlin əvvəlinə 1,8 %, ötən il aprelin 1-nə  isə 2,9 % olub.

Seçilən
63
16
Mənbələr
Şərh ()
Bağla