AZ

Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu

Sabirabad rayonunun Bulduq kəndi ərazisində avtomobilində yanmış sümüklərinin tapıldığı bilinən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin məhkəmə araşdırması başa çatıb.

Publika.az xəbər verir ki, 12 nəfərə qarşı dələduzluqda ittiham olunan Qəniyevə bu gün hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə heyətinin hökmü ilə R.Qəniyev 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci ilin noyabrında “KİA” markalı avtomobilinin yanması və Rafət Qəniyevin tam yanmış meyitinin tapılması ilə bağlı rəsmi məlumat yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla