AZ

Bədii gimnastlarımız beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində iştirak edəcəklər. SİA xəbər verir ki, məşqçilər Aliyə Paşayeva və Nigar Mircəlallının rəhbərliyi altında Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova fərdi proqramda qüvvəsini sınayacaq.

Turnirdə Azərbaycan hakimlərindən Dilbər İbrahimova və Səbinə Hacıyeva ədaləti qoruyacaq.

Qeyd edək ki, yarış aprelin 26-dan 28-dək təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla