AZ

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

“Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır”.
 
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
 
“Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin və dini yerlərin dağıdılması ilə bağlı mütəmadi olaraq qarşılıqlı ittihamları nəzərə alaraq, biz Bakı və İrəvanı bu məsələni ikitərəfli danışıqların mövzusuna çevirməyə çağırırıq. Biz də öz tərəfimizdən bu mövzu ilə bağlı istənilən yardımı göstərməyə hazırıq”, - deyə diplomat bildirib.
 
Mənbə: TASS
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
Mənbələr
Şərh ()
Bağla