AZ

Azərbaycanda ipoteka müqavilələrinin sayı 7 % azalıb

Bu ilin I rübündə Azərbaycanda 16 537 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.Missiya.Az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır.Yanvar-mart aylarında ən çox girov qoyulmuş əmlak mənzil olub. Belə ki, 45 532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Grov qoyulmuş 81 762 əmlakdan 16 750-si torpaq sahəsinin, 11 866-sı isə fərdi yaşayış evinin payına düşüb.Daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələriƏmlak növləriMüqavilə sayıÜmumi göstəricidə payı (faizlə)Mənzil824949,9%Torpaq sahəsi423525,6%Fərdi yaşayış evləri247915,0%Qeyri-yaşayış sahələri5343,2%Qeyri-yaşayış binaları5273,2%Bağ evləri3232,0%Digərlər1901,1%Ümumi16537100,0%Rüb ərzində Bakıda 8 244 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 49,8 %-ni təşkil edir. Paytaxtdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (1 812 müqavilə), 2 saylı Sumqayıt (1 350 müqavilə), 5 saylı Xaçmaz (899 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (674 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.İpoteka müqavilələrinin sayına görə ərazi idarələriSıra №Ərazi idarələriİpoteka müqaviləsininümumi sayıÖlkə üzrə göstəricidə payı(faizlə)1.1 saylı Bakı Ərazi İdarəsi824449,9%2.4 saylı Abşeron Ərazi İdarəsi181211,0%3.2 saylı Sumqayıt Ərazi İdarəsi13508,2%4.5 saylı Xaçmaz Ərazi İdarəsi8995,4%5.3 saylı Gəncə Ərazi İdarəsi6744,1%6.7 saylı Bərdə Ərazi İdarəsi5563,4%7.10 saylı Lənkəran Ərazi İdarəsi3722,2%8.13 saylı Şirvan Ərazi İdarəsi3312,0%9.17 saylı Yevlax Ərazi İdarəsi3131,9%10.9 saylı Qəbələ Ərazi İdarəsi3101,9%11.11 saylı Şəmkir Ərazi İdarəsi2871,7%12.15 saylı Tovuz Ərazi İdarəsi2871,7%13.12 saylı Şəki Ərazi İdarəsi2621,6%14.6 saylı Beyləqan Ərazi İdarəsi2461,5%15.14 saylı Şamaxı Ərazi İdarəsi1701,0%16.8 saylı Cəlilabad Ərazi İdarəsi1651,0%17.18 saylı Zaqatala Ərazi İdarəsi1490,9%18.16 saylı Ucar Ərazi İdarəsi1100,7%Ölkə üzrə16537100.0%Hesabat dövründə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 90,7%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (3 müqavilə), 14 saylı Şamaxı (3 müqavilə) və 11 saylı Şəmkir (6 müqavilə) ərazi idarələridir.Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələriSıra №Ərazi idarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)1.1 saylı Bakı Ərazi İdarəsi602373,0%2.4 saylı Abşeron Ərazi İdarəsi99512,1%3.2 saylı Sumqayıt Ərazi İdarəsi4625,6%4.3 saylı Gəncə Ərazi İdarəsi2453,0%5.10 saylı Lənkəran Ərazi İdarəsi2112,6%Yanvar-mart aylarında girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, ölkə regionlarında fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 7 saylı Bərdə, 3 saylı Gəncə və 5 saylı Xaçmaz ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələriSıra №Ərazi İdarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)1.1 saylı Bakı Ərazi İdarəsi65326,3%2.4 saylı Abşeron Ərazi İdarəsi37315,0%3.7 saylı Bərdə Ərazi İdarəsi2459,9%4.3 saylı Gəncə Ərazi İdarəsi2098,4%5.5 saylı Xaçmaz Ərazi İdarəsi1616,5%3 ay ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 2 saylı Sumqayıt və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 10 saylı Lənkəran (39 müqavilə) və 16 saylı Ucar (46 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələriSıra №Ərazi idarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)1.5 saylı Xaçmaz Ərazi İdarəsi68416,2%2.2 saylı Sumqayıt Ərazi İdarəsi68316,1%3.1 saylı Bakı Ərazi İdarəsi66015,6%4.4 saylı Abşeron Ərazi İdarəsi3678,7%5.7 saylı Bərdə Ərazi İdarəsi2435,7%

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla