AZ

Birbank Biznes-lə vaxt sənə işləsin

Vaxt müasir dövrün ən böyük resursudur, xüsusən də sahibkarlar üçün. Bunu nəzərə alan Kapital Bank mikro, kiçik və orta sahibkarlar, eləcə də korporativ müştərilər üçün Birbank Biznes-i istifadəyə verdi. Bu, ölkəmizdə sahibkarlara yönələn, onların biznes fəaliyyətinə dəstək olan, sənədləşdirmə proseslərini asanlaşdıran addımlardan biri idi. Birbank Biznes-in keçdiyi inkişaf yolu, sahibkarların həyatında etdiyi dəyişikliklər haqqında Kapital Bank-ın KOS və korporativ məhsullar sahəsinin lideri Xanım Rüstəmova ilə danışdıq.

Xanım xanım, Birbank Biznes-in yaranmasını hansı məqamlar zəruri etdi və o, müştərilərinin həyatını necə dəyişdi? 

- Bizim fəaliyyətimizin mərkəzində müştəri məmnuniyyəti dayanır. Biz mütəmadi olaraq müştəri davranışlarını analiz edir və onların ehtiyaclarına uyğun məhsullar təqdim etməyə çalışırıq. Birbank Biznes-in məqsədi müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış rahat, səmərəli, sürətli və təhlükəsiz bank xidmətləri təklif etməkdir. Bu kontekstdə biz rəqəmsal texnologiyalardan istifadə etməklə maliyyə əməliyyatlarını optimallaşdırır, onların maliyyə idarəetməsinə dəstək olacaq alətlər təklif edirik. Birbank Biznes-də bütün onlayn kanallar vasitəsilə müştərilərimiz istənilən vaxt və istənilən yerdə bank xidmətlərinə çıxış əldə edə bilirlər. Məsələn, hesabların idarə edilməsi, köçürmələr, ödənişlər və kredit müraciətləri kimi bank əməliyyatlarını sadələşdirərək biz bu sahədə olan müştərilərimizə vaxt və resurslara qənaət etmək imkanı veririk. Bütün bunlar da öz növbəsində maliyyə proseslərini daha effektiv idarə etmək imkanı yaradır. Bu strategiya ilə Kapital Bank KOS və korporativ şirkətlər üçün etibarlı və təhlükəsiz maliyyə tərəfdaşına çevrilir və onların uğurlarına dəstək olur.  

KOS müştərilər bankın müştəri portfelinin neçə faizini əhatə edir?  

- Kapital Bank-ın müştəri portfelinin önəmli hissəsini pərakəndə və korporativ müştərilər təşkil edir. Qürurla deyə bilərəm ki, Azərbaycanın ən böyük pərakəndə bankı olaraq 5 milyondan çox müştərimiz var. Bu onu göstərir ki, biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq. Korporativ bank olaraq 211 000 müştəri bazamızın 95%-i mikro və kiçik biznes müştəriləridir. Bu onu göstərir ki, bankımız təkcə böyük korporativ müştərilərə deyil, sahibkarlara da xidmət edir və iqtisadi inkişafa öz töhfəsini verir.

Birbank Biznes KOS müştərilərinə hansı üstünlükləri qazandırıb?

- Birbank Biznes KOS müştərilərinin maliyyə əməliyyatlarını asanlaşdırmaq üçün bank xidmətlərini bir sıra üsullarla optimallaşdırır. Əgər sadalasam mütləq rahatlıqdan başlamalıyam. Onlayn bankçılıq KOS-lara istənilən vaxt və hər yerdə öz hesablarına daxil olmaq və müxtəlif maliyyə əməliyyatlarını həyata keçirmək imkanı verir. Bu rahatlıq biznes sahiblərinə ənənəvi bankçılıqdan fərqli olaraq iş saatlarından kənarda belə maliyyə əməliyyatlarını daha rahat  idarə etməyə imkan verir. Növbəti məqam əlbəttə ki, effektivlik olmalıdır. Sadələşdirilmiş onlayn bank xidmətləri hesab qalıqlarının yoxlanılması, hesablar arasında pul köçürmələri, bir çox ödənişlərin gerçəkləşdirilməsi və əmək haqqı kimi iş proseslərini asanlaşdırır. Bu işləri yerinə yetirmək üçün tələb olunan vaxt və səyləri azaltmaqla KOS-lar öz bizneslərini idarə etməyə daha çox diqqət yetirə bilir və inzibati yüklərə daha az vaxt ayırırlar. Burada xərclərə qənaəti də mütləq vurğulamaq lazımdır. Onlayn bankçılıq ənənəvi bankçılıq üsullarından fərqli olaraq daha aşağı ödənişlər və əməliyyat xərcləri tələb edir. Bu isə KOS-lara bank əməliyyatlarına qənaət etməyə və qənaət olunan vəsaiti bizneslərinin digər ehtiyaclarına yönəltmək imkanı verir. Proseslərin onlayn olması eyni zamanda yaşıl bankçılıq yolunda sahibkarları da bizə dəstək olmağa təşviq edir. Və təbii ki, ən vacib məqamlardan biri vaxta qənaətdir. Xüsusi vurğuya dəyər üstünlüklərdən biri də maliyyənin idarə edilməsində əldə olunan çeviklikdir. Bu xidmət vasitəsilə biznes sahibləri tək mərkəzi sistemlə kredit üçün müraciət edə, avtomatik ödənişlərini gerçəkləşdirə və ya birdən çox hesabı idarə etmək kimi bir çox bank xidmətlərinə çıxış imkanı əldə edirlər. Bununla da KOS-lar bank təcrübələrini xüsusi ehtiyaclarına uyğun fərdiləşdirə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
10
Mənbələr
Şərh ()
Bağla