AZ

Tayvandan gətirilən meyvə suları yararsız çıxdı - FOTO

"MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72,50 kiloqram meyvə suyu topları məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

 

AQTA: "Azərbaycan dilində etiketlənməsi olmayan qida məhsullarının satışı qadağandır"

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovartiv həllər şöbəsindən FED.az-a verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

TayvandanTayvandan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
14
Mənbələr
Şərh ()
Bağla