AZ

Şahidin dedikləri hakimləri təəccübləndirdi

Mənimsəmədə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhimlərlə eyni dövrdə AMEA-da işləmiş üç nəfər şahid ifadə verib. Sözügedən şahidlər məhkəmədən yayındıqları üçün barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmışdı. Bunlardan biri 6 il AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda laborant işləmiş Pərvanə Əhmədzadədir.

Maraqlıdır ki, P.Əhmədzadə rəsmi sənədlərdə lobarant kimi qeyd edilsə də, 6 il ərzində bir dəfə də institutun qapısını açmayıb. Bunu şahid özü də məhkəmə qarşısında etiraf edib. Deyib ki, heç vaxt instituta getməyib, bu səbəbdən də təqsirləndirilən şəxsləri tanımır. Onun ifadəsindən məlum olub ki, bütün işlərini atası aparıb. Atası evə sənədlər gətirib, o da həmin sənədlərə imza atıb. Şahidin sənəndlərin nədər ibarət olduğunundan belə xəbəri yoxdur.

İfadəyə münasibət bildirən müttəhim Hüseynov deyib ki, 2019-cu ildə İnstitutun direktoru Maisə Rəhimovanın göstərişi ilə Pərvanə Əhmədzadənin adı Ağdam və Bərdə rayonunda aparılan ekspedisiya işlərinə yazılıb. Amma Pərvanə ekspedisiyada iştirak etməyib.

Əsas məqamlardan biri də odur ki, Pərvanə Əhmədzadənin adı 7 dəfə ekspedisiyaya yazılıb, amma heç birində iştirak etməyib. Buna baxmayaraq, adına yazılan pullar kimlərsə tərəfindən götürülüb.

Şahidin ifadəsi ilə ortaya çıxan məqamlar hakimləri təəccübləndirib.

“Mən indi baxıram, hər ekspedisiyaya 900 manat olmaqla Pərvanə Əhmədzadənin adına 6300 manat pul yazılıb. Bu, dövlət vəsaitinin mənimsənilməsi faktını ortaya çıxarır. Cinayət əməli deməkdir”, - sədrlik edən hakim Azad Məcidov deyib.

Fotoda: Səbuhi Hüseynov

Prosesin davamında 2023-cü ilin iyuluna kimi AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib hazırda fəaliyyətini Tarix İnstitutunda davam etdirən Nərminə Hüseynova ifadə verib. Bu şahidin də adı sənəd üzərində ekspedisiyaya ezam edilmiş kimi yazılsa da, İnstitutdan kənara çıxmayıb. Dediyinə görə, işi yalnız cədvəllərə imza atmaq olub. Ekspedisiya ilə bağlı hazırda araşdırılılan məsələlərdən xəbəri olmayıb.

Təqsirləndirilən alim məhkəmənin nəzərinə çatdırıb ki, Nərminə Hüseynovanın adı iki ekspedisiya işində yazılıb. Onun adını yazdıran isə direktor Maisə Rəhimova olub.

Şahidin istintaq dövründə dedikləri ilə indi danışdıqları arasında ziddiyyət yarandığı üçün onun əvvəlki ifadəsi elan edilib.

Hüseynova müstəntiqə deyib ki, 2021-ci ildə Müzəffər Hüseynovun tapşırığı ilə ekspedisiyaya gedib. Buna görə onun kartına 900 manat köçüb. Həmin pulun isə 800 manatını institutun digər əməkdaşı Müzəffər Hüseynova verib. Hesabat hazırladığına görə isə 100 manatı özünə qalıb.

Şahid ifadəsi vermək üçün zala dəvət edilən Azər Əliyev isə Etnoqrafiya və Antropologiya İnstitutunda elmi işçi işləyib, hazırda təqaüddədir. Əliyev deyir ki, 30-a yaxın ekspedisiya işində iştirak edib. Həmin ekspedisiyaların bəzilərində təqsirləndirilən Səbuhi Hüseynov da iştirak edib.

Amma Səbuhi Hüseynov şahidin düzgün danışmadığını bildirib:

“Azər Əliyevin 2019-2020-ci illərdə ekspedisiya işlərinə 2 dəfə adı yazılıb. Amma bu şəxsin üzünü də görməmişik. Mən şəxsən etiraz etmişəm, gəlib ekspedisiya işlərində iştirak etməsini istəmişəm. Ümumilikdə 4 nəfərin adı yazılıb, amma heç biri işlərində olmayıb. Onlardan biri də Azər Əliyevdir. 4 nəfərə ayrılan pul 1800 manat olub. Həmin pulu da Maisə Rəhimovaya vermişəm”.

Proses mayın 8-i növbəti şahidlərin ifadələri ilə davam edəcək.

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17870
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14677
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9640
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8241
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7314
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7100
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7074
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7019
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6920
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5633
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5383
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5183
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5007
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4792
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4538
Sabah 20 dərəcə isti olacaq
4203
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3975
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3338
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3258