AZ

Almaniyanın XİN başçısı COP29-dan DANIŞDI

“Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”.

Musavat.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqunun nəticələrinə dair brifinqdə deyib.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
Mənbələr
Şərh ()
Bağla