AZ

Britaniya İranın PUA sənayesinə yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.

Aznews.az “Reuters“ə istinadən xəbər verir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PUA sənayesinə qarşı yeni sanksiyalar elan edib.

ABŞ və Kanada ilə koordinasiyalı şəkildə tətbiq edilən tədbirlərin İranın pilotsuz uçuş aparatlarını işə salma imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.

Qeyd olunub ki, sanksiyalar PUA istehsal edən şirkətlər şəbəkəsinin dörd müəssisəsini və iki direktorunu hədəf alır.

“İran rejiminin İsrailə təhlükəli hücumu minlərlə mülki itki və daha geniş regional eskalasiya riski yaradıb. Bu gün Böyük Britaniya və bizim tərəfdaşlarımız aydın mesaj göndərib: biz İranın destruktiv davranışına görə məsuliyyət daşıyanlardan hesab soruşacağıq”, - Britaniyanın xarici işlər naziri Devid Kameron deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
6
Mənbələr
Şərh ()
Bağla