AZ

Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var - FOTO

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Avtomobildə olan daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
10
Mənbələr
Şərh ()
Bağla