AZ

Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi

Bakıda ayıq sürücü müştərinin “Land Rover RR Sport” markalı avtomobilindən oğurluq edib.

Publika.az xəbər verir ki, hadisə ilk dəfə Xətai rayonu, Sabit Orucov 1188 ünvanında yerləşən restoranlardan birinin qarşısında baş verib.

Belə ki, 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş Cavid Nərimanov (ad-soyad şərti) 15 oktyabr 2023-cü il tarixində, saat 00:32 radələrində sözügedən restorana içkili müştərinin avtomobilini idarə edilməsi üçün çağırılıb.

“Land Rover RR Sport” markalı avtomobillə üç nəfər müştərini Səbail rayonu, Badamdar qəsəbəsinə aparıb. Yolda avtomobilin sahibinin içkili olduğunu bilən Cavid Nərimanov pul qabına əlini ataraq bir ovuc pulu götürüb. Müştəriləri düşürdükdən sonra pulu cibinə qoyub və dərhal yaşadığı ünvana gedib. Evində bilib ki, müştəridən 650 manat pul oğurlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
11
Mənbələr
Şərh ()
Bağla