AZ

Bakıda avtomobil aşıb, dörd nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda avtomobil qəzası zamanı dörd nəfər xəsarət alıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində olub.

1996-ci il təvəllüdlü Salmanov Salman Hüseynağa oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və avtomobildə olan üç sərnişin xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, sürücü S.Salmanov və sərnişin Rzayev Əli Zaur oğlunun vəziyyəti ağır olduğundan onlar tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
8
Mənbələr
Şərh ()
Bağla