AZ

Rusiyalı səfir Başqırdıstanın baş nazir müavini ilə regionlararası əməkdaşlığı müzakirə edib - FOTO

Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov Başqırdıstan hökumətinin baş nazirinin müavini İlşat Fəzrəhmanov ilə regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmi “Telegram” kanalında məlumat verilib.

“Aprelin 25-də Rusiyanın Azərbaycandakı səfiri M.N.Yevdokimov Bakıda Rusiya Federasiyasının subyektinin nümayəndə heyətinə rəhbərlik edən Başqırdıstan Respublikası hökumətinin baş nazirinin müavini – kənd təsərrüfatı naziri İ.İ.Fəzrəhmanovu qəbul edib”, – səfirliyin məlumatında diqqətə çatdırılıb.
Bildirilib ki, görüşdə Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının mühüm tərkib hissəsi kimi regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.




Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
3
Mənbələr
Şərh ()
Bağla